Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi və Bakı İctimai Əməkdaşlıq Mərkəzi İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Korrupsiyaya qarşı mübarizə, şəffaflıq və ictimai nəzarətin gücləndirilməsində vətəndaş cəmiyyətinin rolunun artırılması” layihəsi çərçivəsində bu gün Nizami Rayon Bələdiyyəsində tədbir keçirilir.

Tədbirdə korrupsiyaya qarşı mübarizə, şəffaflığın təmin olunması, ictimai nəzarətin gücləndirilməsi və bu istiqamətdə vətəndaş cəmiyyəti institutlarının rolu ilə bağlı müzakirələr aparılır.

Görüşdə bələdiyyələrin, qeyri-hökumət təşkilatlarının nümayəndələri və ictimai fəallar iştirak edirlər.