Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" klubunda Müşfiq Muğanlının "Mübarizdən sonra" və "Ağakərim İbrahimovun düşüncələri" adlı kitablarının təqdimatı baş tutub. Tədbirdə Milli Qəhrəman Mübariz İbrahimovun valideynləri, Ağakərim İbrahimov və Şamama İbrahimova da iştirak edirdi.

QHT.az xəbər verir ki, tədbiri açan Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi, şair Səlim Babullaoğlu, iştirakçılara kitabların əhəmiyyətindən bəhs etdi. Daha sonra söz Ağakərim İbrahimova, Mübariz İbrahimovun atası və layihənin rəhbərinə verildi. O, "Mübarizdən sonra" kitabının ideyası və yazılış prosesi haqqında fikirlərini paylaşdı.

Tədbirdə şairlər, professorlar və mədəniyyət xadimləri də çıxış etdilər. Şair Baba Vəziroğlu, professor Seyfəddin Rzasoy, millət vəkili Günay Ağamalı, filologiya üzrə fəlsəfə doktoru Bilal Alarlı, AYB-nin kadrlar şöbəsinin rəhbəri Arifə Əliyeva, Mətbuat Xidmətinin rəhbəri Xəyal Rza, Elm və təhsil nəşriyyatının direktoru İnal Məmmədli, filosof İşıqlı Ata, Mübariz İbrahimov adına bağçanın direktoru Çinarə xanım və Mübariz İbrahimov İctimai Birliyinin sədr müavini Mir Hənifə tədbirdə iştirak edərək öz fikirlərini bildirdilər. Eyni zamanda, Xəzər rayon 26 saylı tam orta məktəb və Milli Qəhrəman Mübariz İbrahimov adına uşaq bağçasının müəllim kollektivi də tədbirdə yer aldı.

Müşfiq Muğanlı, tədbirin sonunda iştirak edən hər kəsə təşəkkürünü bildirdi.

 

Pərvanə Fərhadqızı

QHT.az