3 qızıl, 1 bürünc medal

 

Azərbaycan Taekvondo Federasiyasının dəstəyilə uşaqlar, yeniyetmələr və gənclər arasında “Ümid” və “Alpman” taekvondo klublarının açıq birinciliyi keçirilib.
FHN-nin İdman-Sağlamlıq klubunda üç gün (11-13 oktyabr) davam edən yarışlar zamanı 45 komandadan 649 taekvondoçu qüvvəsini sınayıb.
Açıq birincilikdə Azərbaycan idmançıları ilə yanaşı, Qazaxıstan, Özbəkistan və Gürcüstanı təmsil edən taekvondoçular da çempionluq uğrunda mübarizəyə qoşulublar.
Bu mötəbər yarışda on iki idmançı ilə təmsil olunan Masallı taekvondoçuları Bakıdan dörd medalla geri dönüblər. Zəhra Bayramova (33 kq), Hüseyn Sadıqlı (45 kq), Ədiş Cəlilov (49 kq) birinci, Pünhan Heydərli (33 kq) üçüncü yerə layiq görülüblər.  
Qeyd edək ki, idmançıları yarışlara Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin nəzdindəki Masallı Uşaq-Gənclər İdman Məktəbinin məşqçi-müəllimi Sadiq Ağayev hazırlayıb.
 
Akif AĞAYEV