Azərbaycan Milli QHT Forumunun təşkilatçılığı və Pasiyent Təşkilatları İttifaqının dəstəyi ilə 19 iyul tarixində “Genetik təsirlər, irsi xəstəliklər: sağlam cəmiyyət üçün maarifləndirmə” mövzusunda ictimai tədbir keçiriləcək.

QHT.az xəbər verir ki, bu barədə Hemofiliya Xəstələrinin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov məlumt verib. Onun sözlərinə görə, “Genetik xəstəliklər: Nələr bilməliyik?” sualı ətrafında keçiriləcək tədbirdə tanınmış həkimlər və səhiyyə sahəsində fəaliyyət göstərən QHT nümayəndələri iştirak edəcəklər:

"Maarifləndirmə tədbirində genetik xəstəliklərin ötürülməsi yolları, qohum nikahlarının riski, genetik testlərin əhəmiyyəti və sağlam gələcək üçün atılmalı addımlar kimi mövzular müzakirə olunacaq. Tədbir iştirakçıları mütəxəssislərə suallar ünvanlamaq və fikirlərini bölüşmək imkanı əldə edəcəklər".

Qeydiyyat linki: bit.ly/4o6hESb