“MG Consulting” Monitorinq üzrə Mütəxəssis, Hüquqşünas və Vəkil vəzifələri üzrə vakansiya elan edir.
“MG Consulting” MMC, Vəkil vəzifəsi üzrə vakansiya elan edir.
Dərc edilmə tarixi: 5 aprel, 2021
Son müraciət tarixi: 12 aprel, 2021
Vəzifə: Vəkil
Müqavilə növü: Xidmət müqaviləsi
Aylıq xidmət haqqı: 2000-2500 AZN (vergi və digər məcburi ödənişlər daxil)
İşəgötürən: “MG Consulting” MMC
İşin müddəti: May 2021 - Oktyabr 2021
Vəzifə öhdəlikləri:
• Onlayn şəkildə daxil olmuş şikayətlərin/müraciətlərin təhlili və müraciət edənlərə müvafiq cavabların yazılması;
• Yerli qanunvericiliklə bağlı müraciət edənlərə onlayn qaydada məsləhətlərin verilməsi;
• Müraciətlər üzrə müxtəlif hüquqi sənədlərin (ərizə, şikayət, təklif və s.) hazırlanması və aidiyyatı dövlət orqanlarına göndərilməsi;
• Zərurət olduğu zaman müraciət edənlərin müvafiq dövlət orqanlarında və məhkəmələrdə təmsil edilməsi;
• Rəhbərlik tərəfindən verilmiş digər tapşırıqların icrası.
Namizədə olan tələblər:
• Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olmaq;
• Vəkil kimi ən az 3 il təcrübənin olması;
• Dil bilikləri: Azərbaycan dili (Rus dili arzu olunandır);
• Fiziki və hüquqi şəxslərlə işləmək bacarığı;
• Dövlət orqanları ilə işləmək bacarığı;
• Sosial şəbəkələrlə işləmək bacarığı;
• Ünsiyyət qurmaq və komandada işləmək bacarığı;
• Standart MS Office proqramlarında qabaqcıl kompüter bacarıqları (Word, Excel, və s.);
MÜRACİƏT QAYDASI
Əvvəlki təcrübə haqqında ətraflı məlumat əks etdirən CV 12 aprel 2021-ci il tarixinədək [email protected] email-nə göndərilməlidir (mövzu yerində “Vəkil” yazılmaqla). Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
“MG Consulting” MMC, Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir.
Dərc edilmə tarixi: 5 aprel, 2021
Son müraciət tarixi: 12 aprel, 2021
Vəzifə: Hüquqşünas
Müqavilə növü: Xidmət müqaviləsi
Aylıq xidmət haqqı: 2000-2500 AZN (vergi və digər məcburi ödənişlər daxil)
İşəgötürən: “MG Consulting” MMC
İşin müddəti: May 2021 - Oktyabr 2021
Vəzifə öhdəlikləri:
• Onlayn şəkildə daxil olmuş şikayətlərin/müraciətlərin təhlili və müraciət edənlərə müvafiq cavabların yazılması;
• Yerli qanunvericiliklə bağlı müraciət edənlərə onlayn qaydada məsləhətlərin verilməsi;
• Müraciətlər üzrə müxtəlif hüquqi sənədlərin (ərizə, şikayət, təklif və s.) hazırlanması və aidiyyatı dövlət orqanlarına göndərilməsi;
• Zərurət olduğu zaman müraciət edənlərin müvafiq dövlət orqanlarında təmsil edilməsi;
• Rəhbərlik tərəfindən verilmiş digər tapşırıqların icrası.
Namizədə olan tələblər:
• Hüquq və ya beynəlxalq hüquq ixtisası üzrə ali təhsil;
• Hüquqşünas kimi ən az 3 il iş təcrübəsi (qeydiyyat, hüquqi sənədlərin hazırlanması, məhkəmələrdə təmsilçilik);
• Dil bilikləri -Azərbaycan dili və İngilis dili (Rus dili arzu olunandır);
• Fiziki və hüquqi şəxslərlə işləmək bacarığı;
• Dövlət orqanları ilə işləmək bacarığı;
• Sosial şəbəkələrlə işləmək bacarığı;
• Ünsiyyət qurmaq və komandada işləmək bacarığı;
• Standart MS Office proqramlarında qabaqcıl kompüter bacarıqları (Word, Excel, və s.);
MÜRACİƏT QAYDASI
Əvvəlki təcrübə haqqında ətraflı məlumat əks etdirən CV 12 aprel 2021-ci il tarixinədək [email protected] email-nə göndərilməlidir (mövzu yerində “Hüquqşünas” yazılmaqla). Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
“MG Consulting” MMC, Monitorinq üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Dərc edilmə tarixi: 5 aprel, 2021
Son müraciət tarixi: 12 aprel, 2021
Vəzifə: Monitorinq üzrə Mütəxəssis
Müqavilə növü: Xidmət müqaviləsi
Aylıq xidmət haqqı: 2040 AZN (vergi və digər məcburi ödənişlər daxil)
İşəgötürən: “MG Consulting” MMC
İşin müddəti: May 2021 - Oktyabr 2021
Vəzifə öhdəlikləri:
• Monitorinq tədbirlərinin planlaşdırılması və həyata keçirilməsində iştirak etmək;
• Onlayn şəkildə daxil olmuş şikayətlər/müraciətlər üzrə monitorinq və qiymətləndirmə üçün informasiyaların yığımı, təhlili və qiymətləndirilməsi məqsədilə analitik işləri aparmaq;
• Şikayətlərdə/müraciətlərdə bildirilən məsələlər üzrə Hüquqşünas/Vəkil tərəfindən görülmüş tədbirlərin monitorinqi;
• Hüquqşünas/Vəkil tərəfindən görülən tədbirlər nəticəsində şikayətlərdə/müraciətlərdə bildirilən məsələlərin həllinin monitorinqi;
• Monitorinq və qiymətləndirmə hesabatlarını hazırlamaq və təqdim etmək.
Namizədə olan tələblər:
• Hüquq, iqtisadiyyat, sosiologiya və ya əlaqəli sahə üzrə ali təhsil;
• Monitorinq sahəsində iş təcrübəsi;
• Dil bilikləri - Azərbaycan dili (Rus dili arzu olunandır);
• Fiziki və hüquqi şəxslərlə işləmək bacarığı;
• Dövlət orqanları ilə işləmək təcrübəsi;
• Sosial şəbəkələrlə işləmək bacarığı;
• Ünsiyyət qurmaq və komandada işləmək bacarığı;
• “B” kateqoriyalı sürücülük vəsiqəsinin olması;
• Şəxsi avtomobilinin olması;
• Standart MS Office proqramlarında qabaqcıl kompüter bacarıqları (Word, Excel, və s.);
• Ölkə daxilində səfər etmək imkanı.
MÜRACİƏT QAYDASI
Əvvəlki təcrübə haqqında ətraflı məlumat əks etdirən CV 12 aprel 2021-ci il tarixinədək [email protected] email-nə göndərilməlidir (mövzu yerində “Monitorinq üzrə Mütəxəssis” yazılmaqla). Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq












