Bakı 15 saylı mediasiya təşkilatının rəhbərliyi təcrübə mübadiləsi çərçivəsində Türkiyə Cümhuriyyətində səfərdə olub.
QHT.az xəbər verir ki, Azərbaycan Respublikasının Mediasiya Şurası mediasiya sahəsində qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və tədbiqi ilə bağlı Türk Dünyası Mediatorlar Birliyinin üzvü kimi Türkiyə Respublikasının mediasiya sahəsində təcrübəsinin öyrənilməsi proseslərini uğurla davam etdirir.
Belə əməkdaşlıqdan biri də Mediasiya Şurasının üzvü, Bakı 15 saylı Mediasiya Təşkilatı tərəfindən Türkiyə Cümhuriyyətindəki mediasiya mərkəzlərinin təcrübəsinin öyrənilməsi olub. Mediasiya Şurasını qeyd edilən səfərdə təmsil edən Bakı 15 saylı mediasiya təşkilatının rəhbəri Qasım Şaliyevin Ankara şəhərinə təcrübə mübadiləsi səfəri zamanı Ankarada fəaliyyət göstərən mediatorlarla fikir mübadilələri aparılıb.
Mediator və mediasiya təlimçisinin səfəri çərçivəsində Ankarada yerləşən Başkent Mediasiya Mərkəzi, Anatolia Mediasiya Mərkəsi və ASA Mediasiya Mərkəzinin fəaliyyəti ilə tanışlıq olub. Qonağı salamlayan Başkent Mediasiya Mərkəzinin rəhbəri, mediator və mediasiya təlimçisi Yusuf Gözəl mərkəzin yaranması, fəaliyyəti barədə və nailiyyətlərini əks etdirən məlumatları bölüşüb. Eyni zamanda Anatolia Mediasiya Mərkəzinin rəhbəri Osman Çələbi və mediator heyəti bu təşkilatın əldə etdiyi nailiyyətlər, ümumiyyətlə bu proseslərdə problemlər və uğurlar barədə təcrübəsini bölüşüblər.
Eyni zamanda mediator Qasım Şaliyev vəkil və mediator Saliha Sasa ilə də görüşmüş, praktiki fikir mübadilələri aparıb.
Hər üç mərkəzdə praktik şəraitlə tanışlıq olmuş, mediasiya proseslərinin aparılmasında Türkiyə təcrübəsi yerində öyrənilmiş, habelə Azərbaycan praktikası və görülmüş işlər barəsində ətraflı məlumat verilib.










