Hüquq və İnsan Haqları İnstitutunun əməkdaşları “Süni intellekt və hüquq: Qazaxıstan Respublikasının və xarici ölkələrin təcrübəsi” adlı konfransda çıxış edib.

QHT.az xəbər verir ki, Hüquq və İnsan Haqları İnstitutunun hüquq tədqiqatçıları Tuqay Əliyev və İlham Malik oğlu Əliyev mayın 24-də Qazaxıstan Respublikasında keçirilən “Süni intellekt və hüquq: Qazaxıstan Respublikasının və xarici ölkələrin təcrübəsi” adlı konfransa onlayn formatda qatılaraq İnstitutu təmsil ediblər.

Tədbirdə İlham Malik oğlu Əliyev “Süni intellektin inkişafında mənəviyyat və hüquq subyektliyi məsələləri” mövzusunda məruzə ilə çıxış edib. Hüquq tədqiqatçısı çıxışında süni intellektin inkişafında beynəlxalq və hüquqi şəxsiyyət, süni intellektin hüquqi statusu və onun yol verdiyi nöqsanlara görə məsuliyyəti, habelə süni intellektdə etika və əxlaq təlimatının icrasının hansı normalarla tənzimlənməsi məsələlərinə toxunub.

Qeyd edək ki, məruzə konfransın məqalələr toplusunda dərc olunacaq.