24 may 2024-cü il tarixində Mediasiya Şurasının təşkilatçılığı və Bakı 20 saylı Mediasiya Təşkilatının rəhbəri Nicat İsmayılovun ekspertliyi ilə "Keyfiyyətli Barışıq Sazişlərinin Məzmunu" mövzusu üzrə ZOOM platforması üzərindən onlayn görüş keçirilib.
QHT.az xəbər verir ki, görüşün məqsədi, peşəkar mediatorların təcrübədən irəli gələn məzmunları digər mediatorlara çatdırmaq və barışıq sazişlərinin keyfiyyətli məzmunu üzrə müzakirələr aparmaq və qeydlər etmək olub.
Qeyd edək ki, görüşdə iştirak edən mediatorlar arasında aktiv müzakirələr aparıldı, suallar cavablandırıldı və müxtəlif ölkələrin təcrübələri nəzərdən keçirildi. Nicat İsmayılovun ekspertliyi ilə aparılan bu müzakirələr, mediatorların barışıq sazişlərinin hazırlanmasında daha yüksək standartlara riayət etmələri və bu sahədə peşəkarlıq səviyyəsini artırmaları üçün vacib bir addım oldu. Bu onlayn görüş, Mediasiya Şurasının peşəkar inkişaf və təcrübə mübadiləsi üçün yaratdığı platformaların əhəmiyyətini bir daha vurğuladı və gələcəkdə bu cür tədbirlərin davam etdirilməsi üçün əsas yaratdı.
Pərvanə Fərhadqızı










