Dəyərli media və QHT nümayəndələri, Avropa Birliyinin maliyyə yardımı ilə “İrəliləşlərin monitorinqi, fəaliyyətin gücləndirilməsi” layihəsi çərçivəsində VCT fəaliyyətinə aid 11 müxtəlif sahəni əhatə edən “VCT Ölçü Meyarı” Ölkə Hesabatının 2023-cü il buraxılışı hazırlanır.
QHT.az xəbər verir ki, hesabatın hazırlanması məqsədilə media və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə 03 noyabr 2023-cü il tarixdə, saat 10:00-12:00-a aralığında (Cofe fasiləsi daxil olmaqla) Winter Park Hotel (Ünvan: Mirzəağa Əliyev küçəsi 21, Nəsimi rayonu, AZ1015) Almaz zalında MG Consulting MMC tərəfindən “Media haqqında qanunun vətəndaş cəmiyyətinə təsiri” adlı dəyirmi masa keçiriləcək. Məmnuniyyətlə sizi dəyirmi masada iştiraka dəvət edirik.
Müzakirədə iştirakınızı təsdiq etdikdə bu barədə [email protected] email ünvanına və ya 0506862686 mobil nömrəsinə bildirməyinizi xahiş edirik.
Pərvanə Fərhadqızı












