Hüquq və İnsan Haqları İnstitutunda BMT-nin İnkişaf Proqramının “Həssas qruplar üçün hüquqi yardımın əlçatanlığı ilə bağlı hesabat”ının (BMT və Avropa Şurası standartları əsasında) təqdimatı keçirilib.

QHT.az xəbər verir ki, tədbirdə Hüquq və İnsan Haqları İnstitutu, BMTİP Azərbaycan Ölkə Ofisi, Vəkillər Kollegiyası, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi və bir sıra QHT-lərin nümayəndələri iştirak edib. 
Qeyd edək ki, hesabatda Azərbaycanda həssas qruplar üçün mülki hüquq və inzibati hüquq sahələrində hüquqi yardımın göstərilməsinin cari vəziyyəti, digər Avropa ölkələrində və dünyanın Azərbaycan kontekstinə uyğun olan bölgələrində mövcud olan hüquqi yardıma dair qabaqcıl təcrübələrin nümunələri təqdim edilib. İnklüzivlik və “heç kəs kənarda qalmasın” prinsiplərini əldə rəhbər tutan BMTİP, müvafiq milli tərəfdaşlar üçün mülki hüquq və inzibati hüquq sahələrində hüquqi yardımın göstərilməsi və hüquqi yardıma dair yeni təlimatların hazırlanması üzrə potensialın gücləndirilməsinə yönəlmiş təlimlər təşkil edir.

 

Pərvanə Fərhadqızı