“Avropa İttifaqı və BMT İnsan Hüquqları Ali Komissarlığının dəstəyi ilə bu ilin əvvəlindən yuvenal ədliyyə ilə bağlı layihə icra edirik. Bir sıra aidiyyatı orqanların iştirakı ilə Bakı və regionlarda dəyirimi masa və təlimlər barədə məlumatları mütəmadi paylaşırıq. İlin sonunda "Azərbaycanda Yuvenal Ədliyyə Sistemi ilə bağlı İllik Hesabatın" hazırlanması nəzərdə tutulur”.
QHT.az xəbər verir ki, bu sözləri “Hüquqi Təhlil və Araşdırma” İctimai Birliyinin sədri Ramil İskəndərli bildirib. QHT sədri qeyd edib ki, layihə dövründə bu sahədə aidiyyatı orqanlarda xeyli addımların atıldığı, bir sıra mərkəzi və yerli icra orqanları, QHT-lər, polis, prokurorluq, ədliyyə, miqrasiya orqanları, Ombudsman aparatı və regional mərkəzləri, vəkillik, mediasiya, təhsil, səhiyyə və sosial xidmət orqanlarının öz aralarında koordinasiyanın gücləndirilməsinin şahidi oluruq: “İllik hesabatda konkret təkliflərlə çıxış edəcəyik. Qurumlararası və qurum daxilində idarə və şöbələrarası koordinasiyanın gücləndirilməsinə ehtiyac var”.
Pərvanə Fərhadqızı












