Masallıda Ulu Öndərin xatirəsi ehtiramla anılıb
Masallıda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə silsilə tədbirlər keçirilib.
Rayon ictimaiyyətinin nümayəndələrinin və qonaqların, ziyalıların, şəhid ailələrinin, gənclərin və sakinlərin iştirak etdiyi tədbirlərdə Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla yad olunub.
Tədbir iştirakçıları şəhərin mərkəzi parkında ucaldılmış Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla anıblar.
Daha sonra tədbir Heydər Əliyev Mərkəzində Ümummilli Liderə həsr olunmuş elmi-praktik konfransla davam edib.
Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu Öndərin və Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransda Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Milli Məclisin deputatları Məşhur Məmmədov və Fəzail İbrahimli, YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev və digər natiqlər çıxış edərək Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi tarixi xidmətlərdən danışıblar.
Çıxışlarda bildirilib ki, Ulu Öndərin müəyyən etdiyi siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qeyd olunub ki, Azərbaycanın son illərdə əldə etdiyi sosial-iqtisadi nailiyyətlər, beynəlxalq nüfuzunun artması, ordu quruculuğu və milli həmrəyliyin möhkəmləndirilməsi məhz Heydər Əliyev siyasi irsinin uğurlu davamının nəticəsidir.
Natiqlər həmçinin vurğulayıblar ki, Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi, milli-mənəvi dəyərlərə bağlılığı və xalqına xidmət prinsipi gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasında mühüm rol oynayır. Onun siyasi irsinin gələcək nəsillər üçün etibarlı məktəb olduğu diqqətə çatdırılıb.
Tədbirlər çərçivəsində konfransdan sonra Heydər Əliyev Parkında geniş konsert proqramı təşkil olunub. Rayon sakinlərinin böyük marağına səbəb olan tədbirdə tanınmış incəsənət nümayəndələri və yerli musiqi kollektivləri çıxış edərək vətənpərvərlik mövzusunda mahnılar ifa ediblər. Bayram ovqatında keçən konsert proqramı iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.
Masallıda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə tədbirlər keçirilib.
Əvvəlcə iştirakçılar Ulu Öndərin şəhərin mərkəzi parkında ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Heydər Əliyev Mərkəzində Ümummilli Liderə həsr olunmuş elmi-praktik konfrans öncəsi Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu Öndərin və Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Konfransda Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Milli Məclisin deputatları Məşhur Məmmədov, Fəzail İbrahimli YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev və digər natiqlər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması, iqtisadi inkişaf və ordu quruculuğu istiqamətində həyata keçirdiyi tarixi xidmətlərdən danışıblar. Bildirilib ki, Ulu Öndərin müəyyən etdiyi siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyub.
Çıxışlarda qeyd olunub ki, Heydər Əliyevin zəngin siyasi irsi və dövlətçilik fəlsəfəsi gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasında mühüm rol oynayır.
Konfransdan sonra Heydər Əliyev Parkında geniş konsert proqramı təşkil olunub. Rayon sakinlərinin böyük marağına səbəb olan konsertdə tanınmış incəsənət nümayəndələri və yerli musiqi kollektivləri çıxış edərək vətənpərvərlik ruhunda mahnılar səsləndiriblər.
Akif AĞAYEV






