Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev, Anadolu Qəzetçilər Federasiyasının ölkəmizdə səfərdə olan təmsilçiləri – Ömər Aydoğan, Cennet Yuzər Cankılıc, Yüksel Baysal və Necati Kartal ilə görüşüb.

QHT.az xəbər verir ki, görüş zamanı BAMF-ın fəaliyyəti ilə tanış olan qonaqlar, Azərbaycan və Türkiyə arasında media əlaqələrinin daha da güclənməsi məsələlərini müzakirə ediblər. Təmsilçilər, iki ölkə arasındakı media əməkdaşlığının inkişafı istiqamətində fikir mübadiləsi aparıblar.

Umud Mirzəyev, media əlaqələrinin artırılmasının həm ölkələrimizin, həm də mətbuat sektoru üçün əhəmiyyətini vurğulayıb. Görüşdə gələcək əməkdaşlıq imkanları da müzakirə edilib.