Azərbaycanın təbiəti olduqca əsrarəngizdir. Qusarın Laza kəndində olan Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Biriyinin sədri İlqar Hüseyinli buranı Kəlbəcərə bənzədir.
Birliyin sədri QHT.az- a bildirib ki, Lazada qaz yoxdur, Şahdağa çox yaxın olsa da hələ də qaz gözləyirlər: “Əhalinin maddi gəlirlərini yay turizmi- evlərin günlük icarəsi və maldarlıq təşkil edir. Qazın olmaması kəndin qış turizm imkanlarını sıfırlayıb. Istilik sistemlərini qazsız qurmaq mümkünsüzdür. Heyvandarlıq da məhdud imkanlar daxilindədir. Ot, yem tədarükü asan deyil. Ərazidə nəqliyyat sayı demək olar ki, çox məhduddur. Kiçik sahibkarlıq inkişaf etməyib. Kənddə market, qəssabxana ,əyləncə məkanları demək olar ki, yoxdur”.
İlqar Hüseyinli həmçinin qeyd edib ki, bu kəndə ciddi investisiya qoyulsa əhalinin sayı da yaşayış imkankarı da artacaq: “Turizm üçün dövlətin dəstəyi və vergi güzəştləri kəndin imkanlarını və xarici turistlərin axınını intensivləşdirə bilər”.
Qeyd edək ki, Qəbələdəki Laza kəndi Qusarın eyniadlı kəndindən köçüb gələnlər tərəfindən salınıb.
Pərvanə Fərhadqızı












