3 ildən artıqdır ki, koronavirusla mübarizə aparan dünya indi Koronavirusun Eris variantı üçün xəbərdardır. Dünyada virusun variant sayı artmaqda davam edir.

QHT.az xəbər verir ki, 2019-cu ilin son günlərində Çinin Uhan şəhərində müşahidə olunan Koronavirus (Kovid-19) qısa zamanda dünyaya yayılaraq milyonlarla insanın həyatına son qoyub. Bir çox vərdişlərimizi geridə qoymağımıza səbəb olan virus, belə demək mümkünsə, qabığını dəyişməyə davam edir. Omicron-un daha yoluxucu, lakin daha az öldürücü variantından sonra bir çox ölkə istirahət etmək qərarına gələrkən, dünya bir daha Eris xəbərindən təşvişə düşüb. Bir çox ölkədə, xüsusən də ABŞ və İngiltərədə yoluxmaların sayı yenidən artsa da, ekspertlər bu vəziyyətə görə yeni variantı məsul görürlər.

Qeyd edək ki, ABŞ-ın ardıcıl maska ​​addımları ilk növbədə dünya gündəminə daxil oldu. Atlantada yerləşən Morris Brown Kolleci, Kovid maskası tələbini yenidən tətbiq etdiklərini açıqlayıb.

 

Pərvanə Fərhadqızı