ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) fəaliyyətinin dayandırılması Katolik Yardım Xidmərləri (Catholic Relief Services (CRS)) təşkilatına ciddi təsir edib. Təşkilat dörd aydan az müddətdə təxminən 70 proqramını itirib, ilin sonuna qədər isə fəaliyyət portfelini və əməkdaşlarının sayını təxminən üçdə bir azaldıb.

QHT.az xarici mediaya istinadən bildirir ki, CRS 2026-cı ildə yenidən ABŞ hökuməti ilə əməkdaşlığını genişləndirərək Dövlət və Kənd Təsərrüfatı departamentlərindən yüz milyonlarla dollar maliyyə əldə edib.

CRS-in prezidenti və baş icraçı direktoru Sean Callahan bildirib ki, təşkilat keçmiş itkilərə deyil, yeni imkanlara fokuslanıb və öz fəaliyyətini ABŞ-nin yeni administrasiyasına təqdim edib.

Callahanın sözlərinə görə, CRS üçün əsas prioritet xidmət göstərdiyi insanların ehtiyacları olaraq qalır. O, yardım təşkilatlarının hər kəsin onlara qarşı olduğunu düşünməməli və mövcud imkanlardan istifadə etməli olduğunu vurğulayıb.