Kanada hökuməti Venesuelada baş vermiş zəlzələdən zərər çəkən əhaliyə dəstəyi artırmaq məqsədilə ianələrin uyğunlaşdırılması (matching fund) proqramına başladığını açıqlayıb. Proqrama əsasən, vətəndaşların Canadian Red Cross və Humanitarian Coalition vasitəsilə etdikləri ianələr hökumət tərəfindən müəyyən məbləğədək ikiqat artırılacaq. Bu vəsait təcili tibbi yardım, sığınacaq, təmiz içməli su və sanitariya xidmətlərinin təmin olunmasına yönəldiləcək.

QHT.az xarici mediaya istinadən bildirir ki, Kanadanın Beynəlxalq İnkişaf üzrə dövlət katibi bildirib ki, ölkə artıq Venesueladakı zəlzələ ilə bağlı humanitar əməliyyatlara milyonlarla dollar ayırıb və yeni təşəbbüs zərərçəkən icmalara daha operativ yardım göstərilməsinə xidmət edəcək. Yardımlar beynəlxalq humanitar təşkilatlar və qeyri-hökumət təşkilatları vasitəsilə çatdırılacaq.

Bu qərarın məqsədi humanitar təşkilatların fəaliyyətini gücləndirmək və zəlzələdən zərər çəkən insanların əsas ehtiyaclarının ödənilməsinə əlavə dəstək verməkdir.

Piranə Xasiyeva