UNEC Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə IV Science Slam Beynəlxalq Elm müsabiqəsi keçirilib. Müsabiqədə 10 fakültənin tələbəsi iştirak edib. Sonda “Science Slam”ın fomatına uyğun olaraq, alqış sədaları xüsusi avadanlıq vasitəsilə ölçülərək, qaliblər müəyyən edilib.
QHT.az xəbər verir ki, I yerin sahibi - Biznes və menecment fakültəsinin II kurs tələbəsi Nurlan Vəliyev - "Süni intellekt - dəyiş, ya da yox ol".
II yerin sahibi - Mühəndislik fakültəsinin III kurs tələbəsi Pəri Məmmədova - "İnformasiya kirliliyi - Güvən yaxşıdır, nəzarət daha yaxşı".
III yerin sahibi - UNEC Dizayn Məktəbinin III kurs tələbəsi Nigar Hacızadə - "İncəsənət və iqtisadiyyatın harmoniyası".










