Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin sədri Zenfira Mustafayeva QHT.az-a özəl açıqlamasında işğaldan azad olunmuş ərazilərə köçürülən ailələrin, xüsusilə gənc və orta nəsil nümayəndələrinin işlə təmin olunması və şəxsi bizneslərini qura bilmələri üçün dövlət dəstəyinin vacib olduğunu vurğulayıb.

QHT sədri bildirib ki, bu ailələrə müavinətlər və güzəştlər verilir, lakin hüquqi məsələlərlə bağlı suallar da yaranır. O, dövlət qurumlarında işləmək, müavinət almaq və yuxarı instansiyalara müraciət etmək üçün hansı sənədlərin lazım olduğunu, onların necə əldə ediləcəyini və tərtib olunacağını açıqlayıb.

“Bizim təşkilat, işğaldan azad olunmuş ərazilərdə pulsuz hüquqi və psixoloji yardım göstərilməsi üçün QHT agentliyinə müraciət etmişik. Yaxın zamanda bu istəyimizin həyata keçəcəyini ümid edirik,” – deyə Mustafayeva əlavə edib.

QHT sədri əhalinin həssas qrupuna daxil olan hissəsi üçün seminarlar təşkil etməyi planlaşdırdıqlarını da qeyd edib. O, işğaldan azad olunmuş torpaqlarda əhalinin iqtisadi cəhətdən güclənməsi və yeni iş yerlərinin açılması üçün biznesin inkişafına yönəlmiş fəaliyyətlərin vacibliyini vurğulayıb.

“Bu ərazilər gələcəkdə turizmin inkişafı üçün münbit şəraitə malikdir. Ödənişsiz hüquqi yardım xidmətlərimiz sayəsində, burada yaşayan ailələr onlayn, WhatsApp ilə, e-mail və telefon vasitəsilə bizə müraciət edə bilərlər,” – Z. Mustafayeva qeyd edib.

İctimai Birliyin sədri, ailələrin bütün suallarına ətraflı cavab vermək üçün çalışacaqlarını və onlara dəstək olacaqlarını bildirib. Müraciət üçün əlaqə vasitələri: e-mail: [email protected], telefonlar: 0506802222, 0503008788, 0503520248, 0553008788.

 

Pərvanə Fərhadqızı

QHT.az