Bu gün “Elmlər Akademiyası” stansiyada dəhşətli sıxlıq yaranıb. Sıxlıq, 1 saatdan çox müddətdə davam edib.
QHT.az xəbər verir ki, "Elmlər Akademiyası" metro stansiyasında sərnişinlərin narahatlığına səbəb olan uzun müddətli gecikmə yaşanıb. Artıq 1 saatdan çoxdur ki, qatarların hərəkətində fasilə baş verib. Bu gecikmə nəticəsində platformalarda toplanan sərnişinlərin sayı artaraq, insanların pilləkənlərə qədər sıxlıq yaratmasına səbəb olub. Hazırda metro xidməti və gecikmənin səbəbləri ilə bağlı heç bir rəsmi açıqlama verilməyib. Sərnişinlər normal hərəkətin bərpa olunmasını gözləyir.
Pərvanə Fərhadqızı






