Beynəlxalq Xilasetmə Komitəsi (IRC) son bir il ərzində ABŞ hökumətinin yardım proqramlarında etdiyi ixtisarlar nəticəsində təxminən 500 milyon dollar maliyyə itkisi ilə üzləşib. Bu məbləğ humanitar təşkilatın ümumi maliyyələşməsinin təxminən üçdə birinə bərabərdir. IRC-nin prezidenti və baş icraçı direktoru Devid Milibend bu barədə BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində keçirilən görüşdə Devex-ə danışıb.

QHT.az xarici mediaya istinadən bildirir ki, Milibend bildirib ki, maliyyə itkilərinə baxmayaraq, təşkilat müdafiə mövqeyinə keçməyib və fəaliyyətini davam etdirir. Onun sözlərinə görə, IRC yeni tərəfdaşlıqlar qurur, innovativ yanaşmalardan istifadə edir və xidmətlərini davam etdirir. Təşkilat maliyyə azalmasına uyğun olaraq fəaliyyət miqyasını kiçiltməli olsa da, inkişaf istiqamətində irəliləməyə çalışır.

“Biz geri çəkilən deyil, irəli addımlayan təşkilatıq. Biz sürətlə yeniliklər tətbiq edirik, yeni tərəfdaşlıqlar tapırıq və fəaliyyətimizi davam etdiririk”, – Milibend deyib.

Qlobal siyasi mühitdə parçalanmanın artdığı və humanitar yardımların azaldılmasının davam etdiyi bir vaxtda Milibend mövcud vəziyyəti “xroniki paradoks” kimi xarakterizə edib.