İran Silahlı Qüvvələri tərəfindən Naxçıvan istiqamətində dron zərbəsinin endirilməsi qəbuledilməz və təhlükəli addımdır.

Bu fikirləri QHT.az-a  “Cəza Çəkmiş Qadınların Cəmiyyətə Qayıdışı” İctimai Birliyinin sədri Firuzə İskəndərova bildirib.

Təşkilat sədri qeyd edib ki, Azərbaycan hər zaman qonşuluq və qarşılıqlı hörmət prinsiplərinə sadiq qalıb.
Ölkəmizin ərazisi heç vaxt heç bir dövlət üçün təhlükə mənbəyi olmayıb.

"Əksinə, Azərbaycan çətin məqamlarda belə humanist mövqe nümayiş etdirib. İranın Ali liderinin ölümü ilə bağlı dövlət səviyyəsində başsağlığı verilməsi və səfirliyin ziyarət olunması bunun nümunəsidir.

Belə bir şəraitdə Naxçıvanda mülki obyektlərin – insanların istifadə etdiyi hava limanının hədəfə alınması beynəlxalq hüquqa və insanlığa zidd addımdır.

Azərbaycan güclü dövlətdir.
Bu ölkə sülh istəyir, amma öz təhlükəsizliyini qorumağa da hər zaman qadirdir."