İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı-ekspert Eyyub Kərimli QHT.az-a Azərbaycanda valyutanın saxlanması və xaricə pul axınının qarşısının alınması üçün təkliflərini bildirib. O, vurğulayıb ki, valyutanın ölkədə qalması üçün xaricdən daha çox valyutanın daxil olması və idxalın azalması vacibdir:

"Valyutanın ölkəmizdə qalması üçün ixrac imkanlarımız genişlənməlidir. Biz öz məhsullarımızı istehsal edib, xaricə ixrac etməliyik ki, ölkəyə valyuta daxil olsun və idxalı azaltmalıyıq. Bunun üçün qeyri-neft sektorunun, kənd təsərrüfatının və texnologiyanın inkişafına ciddi ehtiyac var."

QHT sədri əlavə edib ki, ölkə iqtisadiyyatı idxaldan çox asılıdır: "İqtisadiyyatımızın 60%-i idxala bağlıdır. Bu da ölkədən valyuta çıxmasına səbəb olur. İdxaldan asılılığımızı azaltmaq üçün texnologiyanın və təhsilin inkişafına diqqət yetirmək lazımdır". 

 

 

Pərvanə Fərhadqızı

QHT.az