Dünyanın çoxtərəfli inkişaf bankları arasında iqlim maliyyələşməsinə yanaşma ilə bağlı fikir ayrılıqları getdikcə artır. Bəzi banklar iqlim hədəflərini yumşaltdığı halda, digərləri əvvəlki öhdəliklərini qoruyur.

QHT.az xarici mediaya istinadən bildirir ki, COP31-in Türkiyənin Antalya şəhərində keçirildiyi bir vaxtda bu fərqli yanaşmalar daha aydın görünür. Bu ilin əvvəlində Dünya Bankı maliyyələşməsinin 45 faizini iqlim layihələrinə yönəltmək hədəfindən imtina edib.

Amerika Dövlətləriarası İnkişaf Bankı (IDB) da oxşar addım atmağı nəzərdən keçirir. Bank enerji maliyyələşməsində “texnologiyadan asılı olmayan” yanaşmanı qəbul edib və siyasət sənədlərindən bərpa olunan enerjiyə üstünlük verən müddəaları çıxarıb.

Bununla yanaşı, Avropa İnvestisiya Bankı kimi bəzi çoxtərəfli inkişaf bankları iqlim sahəsindəki hədəflərinə və öhdəliklərinə sadiq qalmaqda davam edir. Bu vəziyyət beynəlxalq maliyyə institutları arasında iqlim siyasətinə dair fərqli mövqelərin formalaşdığını göstərir.