Avropa İttifaqında maliyyələşdirmə siyasətində yeni yanaşma gündəmə gəlib. Birlik 2028–2034-cü illəri əhatə edəcək növbəti çoxillik büdcəsini hazırlayarkən BMT kimi beynəlxalq qurumlar əvəzinə, Avropa qurumlarına üstünlük verməyi nəzərdən keçirir. Bu dəyişiklik beynəlxalq təşkilatlara ayrılan maliyyə vəsaitlərinə təsir göstərə bilər.

QHT.az xarici mediaya istinadən bildirir ki, dünyanın ən böyük vahid bazarı hesab olunan Avropa İttifaqı növbəti büdcə planlaması çərçivəsində maliyyə vəsaitlərinin hansı qurumlara yönəldilməsinə yenidən baxır. Yeni yanaşmanın əsas istiqamətlərindən biri maliyyələşdirmədə Avropa qurumlarına daha çox üstünlük verilməsidir.

Məqalədə, həmçinin Türkiyənin Antalya şəhərində keçirilən COP31 konfransı çərçivəsində maliyyələşdirmə ilə bağlı son yeniliklərə və böyük sərvətə malik donorların ianələrini cəlb etmək yollarına diqqət yetirilir. Bu mövzuda mütəxəssislərin fikirləri də təqdim olunur.

Avropa İttifaqının maliyyələşdirmə siyasətində mümkün dəyişikliklərin beynəlxalq təşkilatlara və qlobal inkişaf proqramlarına necə təsir göstərəcəyi əsas müzakirə mövzularından biridir.