COP31 İqlim Konfransında kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi ilə bağlı danışıqlarda irəliləyiş əldə olunmayıb. Bu səbəbdən 2026-cı ildə başa çatmalı olan proses 2027-ci ilə qədər uzadılıb.
QHT.az xarici mediaya istinadən bildirir ki, Kənd Təsərrüfatı və Ərzaq Təhlükəsizliyi üzrə Şarm əl-Şeyx Birgə İş Proqramı (SJWA) 2022-ci ildə COP27 çərçivəsində yaradılıb. Proqramın məqsədi kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi və iqlim dəyişikliyi arasındakı əlaqələri BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası çərçivəsində müzakirə etmək olub.
Təşəbbüs çərçivəsində iqlim maliyyəsinin kənd təsərrüfatına və ərzaq sistemlərinə daha çox yönəldilməsi, xüsusilə iqlim dəyişikliyindən zərər çəkən ölkələrdə fermerlərin uyğunlaşma imkanlarının dəstəklənməsi gözlənilirdi.
Lakin COP31-də razılıq əldə olunmadığı üçün bu sahə üzrə yeganə xüsusi müzakirə istiqamətində işlər dayanıb. Danışıqların 2027-ci ilin iyununda Almaniyanın Bonn şəhərində keçiriləcək BMT iqlim müzakirələrində və ya noyabrda Efiopiyanın paytaxtı Əddis-Əbəbədə təşkil olunacaq COP32-də davam etdirilməsi gözlənilir.










