BMT-nin 31-ci İqlim Dəyişmələri Konfransı (COP31) yekun mərhələyə daxil olsa da, əsas iqlim məsələləri üzrə danışıqlarda ciddi irəliləyiş əldə olunmayıb. Maliyyələşmə, iqlim dəyişikliyinə uyğunlaşma və fosil yanacaqlardan ədalətli keçid kimi mühüm mövzular ətrafında fikir ayrılıqları davam edir.

QHT.az xarici mediaya istinadən bildirir ki, noyabrın 16-da Türkiyənin Antalya şəhərində keçirilən COP31 çərçivəsində 112-dən çox nazir danışıqlara qoşulub. Konfransın son həftəsinə daxil olunmasına baxmayaraq, əsas məsələlərin həllində gözlənilən nəticələr əldə edilməyib.

Müzakirələrdə iştirak edən mənbələrin sözlərinə görə, builki danışıqlar ötən il əldə olunan irəliləyişləri davam etdirmək əvəzinə, sanki bütün məsələlərin yenidən başlanmasına səbəb olub. COP konfranslarında fikir ayrılıqları və danışıqlarda durğunluq yeni hal olmasa da, builki prosesin xüsusilə məyusedici olduğu bildirilir.

Konfransda diqqət mərkəzində olan əsas məsələlər iqlim maliyyəsinin təmin edilməsi, ölkələrin iqlim dəyişikliklərinə uyğunlaşmasına dəstək və fosil yanacaqlardan ədalətli keçidin həyata keçirilməsidir. Lakin bu istiqamətlərdə razılığın əldə olunmaması COP31-in yekun nəticələri ilə bağlı narahatlıqları artırır.

Məqalədə, həmçinin inkişaf bankları arasında artan fikir ayrılıqlarına, ərzaq sistemləri ilə bağlı danışıqların dayanmasına və ABŞ Demokratlarının konfransdakı fəallığına diqqət çəkilir.