ABŞ-nin ötən il maliyyə dəstəyini azaltmasından sonra böyüklər üçün HİV-in müalicəsi və profilaktikası proqramlarında müəyyən irəliləyiş qeydə alınıb. Bununla belə, uşaqlar üçün nəzərdə tutulan xidmətlərdə ciddi azalma davam edir.

QHT.az xarici mediaya istinadən bildirir ki, Klinton Sağlamlığa Çıxış Təşəbbüsünün (Clinton Health Access Initiative – CHAI) yeni hesabatına əsasən, 2025-ci ilin əvvəlində ABŞ-ın maliyyə yardımlarını azaltması nəticəsində ciddi çətinliklərlə üzləşən böyüklər üçün HİV proqramları tədricən bərpa olunur.

Lakin bu bərpa bütün sahələrdə eyni səviyyədə deyil. Uşaqların müalicəyə başlaması və müalicəni davam etdirməsi göstəriciləri 2024-cü illə müqayisədə xeyli aşağıdır.

Böyüklər üçün HİV müalicəsi də daxil olmaqla, ən çox irəliləyiş əldə olunan xidmətlərdə belə göstəricilər yalnız 2024-cü il səviyyəsindən bir qədər yüksəkdir. Bu isə maliyyə kəsintilərinin təsirlərinin hələ də tam aradan qalxmadığını göstərir.