İngiltərədə təcili yardım işçiləri dünən tətilə çıxıblar. Lakin işçilər tətilə başlamazdan əvvəl də təcili yardıma çatmaq asan deyildi.
QHT.az xəbər verir ki, 68 yaşlı Martin Klark tətillər başlamazdan əvvəl, noyabrın 18-də Şərqi Susseksdəki evində sinə ağrısı hiss etməyə başladı.

Ailəsi 3 dəfə təcili yardıma zəng edərək 45 dəqiqə gözləyib, daha sonra şəxsi avtomobilləri ilə xəstəxanaya aparıblar.

Xəstəxanaya çatanda Klarkın ürəyi dayanmışdı. Bütün səylərə baxmayaraq, onu xilas etmək mümkün olmadı və öldü.

Həyat yoldaşı Ann deyir ki, o, ağrıdan qıvrılırdı və "Düşünürəm ki, bacarmayacağam, səni sevirəm" notu yazmışdı.

Bu hadisə İngiltərədə təcili yardıma çatmağın  nə qədər çətin olduğunu və gözləmə müddətlərinin nə qədər uzun olduğunu bir daha ortaya qoydu.

Hazırda təcili yardım nömrəsinə zəng etdiyiniz zaman kiməsə çatmaq üçün orta hesabla bir saat yarımdan çox vaxt lazımdır.