NASA-nın kosmosdakı yeni gözü Ceyms Uebb teleskopu ilk planetini tapıb. Bu kəşf elm aləmində coşğu ilə qarşılanarkən, TESS peykindən gələn xəbər 'İkinci Yer'in tapıldığına dair şərhlərə səbəb oldu.
QHT.az xəbər verir ki, kosmik tədqiqatlar 2023-cü ilə sürətlə daxil oldu. NASA-nın 10 milyard dollar xərclədiyi James Webb Kosmik Teleskopu (JWST) ilk kəşfini etdi.
Uebb teleskopu (JWST) Yerə çox bənzəyən bir planet kəşf edib.
Sözügedən planetin 41 işıq ili uzaqda olduğu açıqlanıb.
Alimlər bu planetə rəsmi olaraq 'LHS 475 b' adını verdilər. Həmçinin, bu planetin atmosferi ilə bağlı araşdırmalar aparmağa başlanmışdır.
Yerin diametri ilə 99 faiz bənzərlik təşkil edən planetin atmosferinin olub-olmadığı hələlik məlum deyil.












