Çinin Pekin Universitetinin məlumatına görə, yanvarın 11-nə ölkədə Covid-19-a yoluxanların sayı 900 milyona çatıb. Artan hallar narahatlıq doğursa da, məhdudiyyətlərin aradan qaldırılması ilə bu il ölkədə 2 milyarda yaxın səfərin ediləcəyi gözlənilir.
 

QHT.az xəbər verir ki, Universitetin apardığı araşdırmaya görə, ölkənin 64 faizində koronavirus aşkarlanıb.

Ganksu rayonunda əhalinin 91 faizinin yoluxduğu güman edilir.

Bu nisbət Yunnanda 84, Qinghaidə isə 80 faiz olaraq hesablanıb.

Çinin aparıcı epidemioloqlarından biri (epidemiya mütəxəssisi) Zeng Guang, hadisələrin yanvarın 23-də Çin Yeni ilində pik nöqtəyə çatacağını açıqladı.