Uqandanın səhiyyə naziri Ceyn Rut Aceng ölkədə 55 nəfərin ölümünə səbəb olan ebola epidemiyasının sona çatdığını açıqlayıb.
QHT.az xəbər verir ki, Uqandada 2022-ci ilin sentyabrında başlayan Ebola epidemiyası başa çatıb. Ölkənin Səhiyyə naziri Ceyn Rut Aceng ilk yoluxma halının aşkarlandığı Mubendedə keçirilən mərasimdə açıqlama verərək epidemiyanın 113 gün əvvəl başladığını xatırladıb. Aceng, xəstəliyin yayılmasına qarşı tədbirləri artıraraq epidemiyaya tez bir zamanda son qoyduqlarını söylədi.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Ghebreyesus, sosial media hesabında etdiyi şərhdə, "Uqanda hökumətini, səhiyyə işçilərini və xalqını ebola epidemiyasını az müddətdə sona çatdırmaq əzminə görə təbrik edirəm." Qebreyesus həmçinin donorlara və tərəfdaşlara epidemiyaya son qoymaq üçün lazımi resursları tez səfərbər etdiklərinə görə təşəkkür edib.












