“Qarşıdan gələn Prezident seçkilərində fəal iştirak etməyi özümə borc bilirəm. Seçkinin keçirilməsində mən də bir Laçın şəhər sakini olaraq 121 saylı seçki dairəsində səs vermədə içtirak edəcəm”.
Bu fikri Mərhəmət Kimsəsizlərə Yardım İctimai Birliyinin sədri İradə Polad QHT.az- a bildirib. QHT sədri inanır ki, seçki çox şəffaf həyata keçiriləcək: “İlk dəfə işğaldan azad olmuş doğma yurdumuzda səs verəcəyik. Ölkəmizə, millətimizə xeyirli olsun deyirəm. Bu sevinci ilk dəfə öz doğma yurdumuzda qeyd edəcəyik”.
Qeyd edək ki, Prezident İlham Əliyevin dekabrın 7-də verdiyi sərəncama əsasən 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçiriləcək.
Pərvanə Fərhadqızı










