Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin əsgəri olan Zaur Kərimov 2 fevral 1996-cı ildə Kürdəmir rayonunun Atakişili kəndində anadan olub.

QHT.az xəbər verir ki, o, müddətli həqiqi hərbi xidməti başa vurduqdan sonra xüsusi kursu tamamlayaraq müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi XTQ tərkibində xidmətini davam etdirib. Zaur Kərimov 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Kəlbəcər, Füzuli, Cəbrayıl, Xocavənd, Qubadlı, Şuşa istiqamətlərində gedən döyüşlərdə iştirak edib və 28 oktyabr tarixində Çanaqçı-Şuşa istiqamətində ağır döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.

Zaur Kərimov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib.

Ruhu şad olsun!