Belə çömbəlmək qan təzyiqinizi aşağı salmağın ən yaxşı yollarından biridir.
QHT.az xəbəbr verir ki, bu barədə britaniyalı alimlər bildiriblər. Onlar qan təzyiqini azaltmaq üçün ənənəvi tövsiyələrə - gəzinti, qaçış və velosiped sürməyə yenidən baxılması lazım olduğunu söyləyib. Alimlər qeyd ediblər ki, yüksək qan təzyiqi qan damarlarına, ürəyə və digər orqanlara gərginlik yaradır, infarkt və insult riskini artırır. 40 yaşdan yuxarı insanlara hər beş ildən bir qan təzyiqini ölçmək tövsiyə olunur.
İdmanın insana təsirinə gəlincə alimlər müəyyən ediblər ki, idmanla çox məşğul olan qadınların ana olmaq şansı idmanla xüsusi məşğul olmayanlara nisbətən üç dəfə aşağıdır. Yəni, qadınlarda müntəzəm aktiv məşqlə, "uğurlu hamilə qalmaq üçün lazım olan enerji tükənir".
Pərvanə Fərhadqızı












