Günəşdən qoruyucu kremlər bədənin bütün açıq bölgələrinə çəkilməlidir. Həm də hər iki saatdan bir və ya su ilə təmasdan sonra təbəqəni yeniləmək lazımdır.
QHT.az xəbər verir ki, bu barədə dermatoloqlar məlumat verir. Günəş işığına həddindən artıq məruz qalma dəri xərçəngi riskini artırır və həmçinin dərinin qocalmasını sürətləndirir. A və B tipli şüalardan qorunmaq üçün xüsusi vasitələrdən istifadə olunur. Üzgüçülük və ya tərləmədən sonra təbəqəni yeniləmək lazımdır.
Ümumdünya Səhiyyə Təşkilatı dəri xərçənginin qarşısının alınması üçün tövsiyə edir ki, kölgədə olmağa çalışın, aktiv, günəş radiasiyasının olduğu saatlarda günəş vannası qəbul etməyin, açıq havada qalmağı məhdudlaşdırın. Şapka saçınızı və baş dərinizi, filtrli gün eynəkləri isə göz qapaqlarınızı və gözlərinizi qorumağa kömək edəcək.
Pərvanə Fərhadqızı












