Vətəndaş cəmiyyəti nümayəndələri koronavirus pandemiyası dövründə sosial izolyasiya qaydalarına əməl etməklə yanaşı ölkədə virusun qarşısının alınması üçün görülən tədbirlərin monitorinqini aparmışlar.
Müxtəlif maarifləndirmə aksiyası ilə insanları sosial izolyasiya qaydalarına əməl etməyə təşviq etmişlər və müxtəlif onlayn görüşlərin keçirilməsi ilə öz fəaliyyətlərini əlaqələndirmişdir.
Pandemiya dövründə Azərbaycan Respublikası Prezidentinin yanında QHT Dövlət Dəstəyi Şurasının təşəbbüsü ilə tanınmış QHT təmsilçilərindən ibarət “İctimai Liderlər” Qrupu formalaşdırılmışdır. Qrup pandemiya dövründə vəziyyətin təhlili və sonrakı proseslər üçün təkliflərin hazırlanması üzərində işləməkdədir.
“İctimai Liderlər” Qrupu adından, Humanitar Tədqiqatlar İctimai Birliyinin sədri Əvəz Həsənov tərəfindən Azərbaycan hökumətinin koronavirus (Covid-19) pandemiyası ilə mübarizəsinə və virusun yayılmasının qarşısının alınması ilə bağlı gördüyü işlərə dair hesabat hazırlanmışdır. Hesabat ictimaiyyəti və beynəlxalq təşkilatları ölkədə rəsmi səviyyədə və vətəndaş cəmiyyəti tərəfindən görülən işlər barədə məlumatlandırmaq məqsədi güdür.
Hesabatı buradan yükləyə bilərsiniz. Covid19_Azerbaijan_report












