Hindistan parlamentində müzakirəyə çıxarılan Xarici Yardımın Tənzimlənməsi Qanununa (FCRA) dəyişikliklər beynəlxalq qeyri-hökumət təşkilatlarının diqqət mərkəzindədir. Yeni qanun layihəsi xarici maliyyə alan QHT-lərin qeydiyyatı, maliyyə hesabatlılığı və vəsaitlərin istifadəsinə nəzarətin gücləndirilməsini nəzərdə tutur.
QHT.az xarici mediaya istinadən bildirir ki, hüquq müdafiəçiləri və vətəndaş cəmiyyəti nümayəndələri bildirirlər ki, dəyişikliklər QHT-lərin fəaliyyət imkanlarını məhdudlaşdıra və beynəlxalq donorlarla əməkdaşlığı çətinləşdirə bilər. Hindistan hökuməti isə qanun layihəsinin şəffaflığın artırılması və maliyyə pozuntularının qarşısının alınması məqsədi daşıdığını vurğulayır. Məsələ 27 iyul tarixində beynəlxalq QHT gündəminin əsas mövzularından biri olub.






