Avropa İqtisadi və Sosial Komitəsi (EESC) iyul ayı üzrə vətəndaş cəmiyyəti təşkilatlarına həsr olunmuş yeni bülletenini dərc edib. Sənəddə Avropada fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının üzləşdiyi əsas çağırışlar, demokratik iştirakın gücləndirilməsi və vətəndaş cəmiyyətinin rolunun artırılması məsələləri diqqət mərkəzində saxlanılıb.
QHT.az xarici mediaya istinadən bildirir ki, bülletendə Rumıniyada QHT-lərlə bağlı qanunvericilik təşəbbüsləri, vətəndaş cəmiyyətinin fəaliyyət mühitinin yaxşılaşdırılması, gənclərin ictimai proseslərə cəlb olunması və dayanıqlı inkişaf məqsədlərinə töhfə verən təşəbbüslər xüsusi vurğulanır.
EESC sənəddə Avropa İttifaqı ölkələrini vətəndaş cəmiyyətinin müstəqilliyini qorumağa, QHT-lərlə institusional dialoqu gücləndirməyə və onların qərar qəbuletmə proseslərində iştirakını genişləndirməyə çağırır. Bülleten Avropada vətəndaş cəmiyyətinin inkişafına dair son tendensiyalar və təşəbbüslər haqqında məlumat təqdim edir.






