Hacettepe Universitetinin rektoru Prof. Dr. Mehmet Cahit Güran Azərbaycan Dövlət İqtisad Universitetində olub, rektor Ədalət Muradovla görüşüb. İlk olaraq UNEC Şəhidlərinin Memorial Abidə Kompleksini ziyarət edilib. Sonra Erasmus çərçivəsində əməkdaşlıq, müəllim, tələbə mübadiləsi, elektron kitabxanaların inteqrasiyası, akademik və inzibati idarəetmənin bir-birindən ayrılması məsələlərini müzakirə edilib.

QHT.az xəbər verir ki, bu barədə universitetin rektoru Ədalət Muradov məlumat verib. Rektor qeyd edib ki, məsafədən təhsilə baxışlarımızı bölüşdük və kütləvi ali təhsil üçün uzaqdan təhsilin alternativsiz olduğu fikrimizi bildirdik: “UNEC-in sədrliyi ilə Bakıda yanvarda keçiriləcək Türk Dövlətləri Təşkilatının Türk Üniversitetlər Birliyinin (TÜRKUNİB) Baş Assambleyası ilə bağlı maraqlı fikir mübadiləsi apardıq, Boloniya sisteminə alternativ ola biləcək Türk sistemi haqqında danışdıq və rektor M.C. Güran Hacettepe universitetinin TÜRKUNİB-ə üzv olmaq niyyətini bildirdi”.

Qeyd edək ki, görüşün sonunda əməkdaşlıq Memorandumu imzalanıb.

 

Pərvanə Fərhadqızı