“Cənab Prezident Zati-aliləri İlham Əliyev cənablarının 20 illik rəhbərliyi ilində 2003-cü ildən 2023-cü illərdə qədər Azərbaycanda elan olunan “Heydər Əliyev ili”, “Gənclər ili”, “Uşaq ili”, “Ekologiya ili”, “Turizm ili”, “İdman ili”, “Kənd təsərrüfatı ili”, “Multikulturalizm ili”, “İslam Həmrəyliyi ili”, “Azərbaycan Xalq Cumhuriyyəti ili”, “Nəsimi ili”, “Nizami ili”, “Şuşa ili”, “Heydər Əliyev ili” mövzularında Bəhram Nəsibov mahnı və marşlar yazıb”.

Bu fikirləri QHT.az-a açıqlama verən “Bəhram Nəsibov yaradıcılığının təbliği” İctimai Birliyinin sədri Adil Nəsibov bildirib. Bunlardan başqa Azərbaycançılıq, Vətən, Turançılıq və s. mövzularına da yaradıcılığında yer ayırdığını bildirən QHT sədri həmçinin qeyd edib ki, bəstəkarın toxunmadığı mövzu, sahə, bayram demək olar ki, yoxdur: “Bəstəkar Bəhram Nəsibov, 2024-cü ildə Cənab Prezident Zati-aliləri İlham Əliyev cənablarının elan etdiyi “Yaşıl dünya naminə həmrəylik ili”, “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilmiş Şuşa şəhəri və İslam dünyası mövzularına da yaradıcılığında yer ayırıb. Eləcə də 2024-cü ildə yaradılmasının 20 illiyi tamam olan “Heydər Əliyev Fondunun” Azərbaycançılıq ideologiyası istiqamətində apardığı uğurlu siyasətin demək olar ki, bütün kompanentlərini də vəsf edib. Ümid edirəm ki, 2025-ci, 2026-cı və sonrakı illərdə də elan ediləcək mövzular haqqında Bəhram Nəsibovun yaradıcılığında istər mahnı və marş, istərsə də şeir-qəzəl, bəhri-təvil, səhnəciklər və s. formasında toxunulmuş olduğunun şahidi olacağıq. Əgər toxunmadığı mövzular da olmuş olsa bu boşluğu yazacağım ssenarilərlə dolduraraq həmin illər üçün də aktual layihələr icra edəcəyik. Ölkəmizdə hər il elan edilən mövzuya hər birlik öz istiqamətində xidmət göstərmək istəyir”.

Qeyd edək ki, “Bəhram Nəsibov yaradıcılığının təbliği” İctimai Birliyi yalnızca konsert və kitab nəşri deyil yuxarıda sadaladığım mövzuları yeni və fərqli istiqamətlərdə, yanaşmalarda Dövlətçiliyə xidmətini günü-gündən daha da geniş sferalarda davam etdirəcək. Təşkilat Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə məktubla müraciət edib, müraciət qeydiyyata alınıb, Nazirliyin dəstəyi ilə 2024-cü il aprel ayının 8-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Bəhram Nəsibovun mahnılarından ibarət konsert keçiriləcək.

 

Pərvanə Fərhadqızı