"Dünən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Rəisi Vəli Quliyev və Xidmətin digər rəsmiləri ilə görüşümüz oldu".
QHT.az xəbər verir ki, bu fikirləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri Elşad Məmmədov söyləyib.
E.Məmmədov bildirib ki, konstruktiv müzakirələr şəraitində keçən görüşdə bir sıra istiqamət üzrə görülmüş işlər, bununla yanaşı gələcək əməkdaşlıq perspektivlərimiz barədə fikir mübadiləsi aparılıb.
Sədr dəvətə və görüşün təşkilinə görə Xidmətin rəhbəliyinə təşəkkür edib.












