Beynəlxalq vətəndaş cəmiyyəti şəbəkəsi Forus BMT-nin 2026-cı il üzrə Yüksək Səviyyəli Siyasi Forumunda fəal iştirak edəcəyini açıqlayıb.

QHT.az xarici mediaya istinadən bildirir ki, Forus-un müxtəlif ölkələrdən olan üzvləri forum çərçivəsində vətəndaş cəmiyyətinin davamlı inkişaf, maliyyələşmə, hesabatlılıq və vətəndaş məkanının qorunması ilə bağlı təcrübələrini təqdim edəcəklər.

Həmçinin milli QHT platformalarının dayanıqlı inkişaf məqsədlərinə töhfəsi və 2030 Gündəliyindən sonrakı dövrə dair vətəndaş cəmiyyətinin baxışı müzakirə olunacaq.

Forum vətəndaş cəmiyyətinin səsinin qlobal qərar qəbuletmə proseslərində daha güclü şəkildə eşidilməsi üçün mühüm platformadır.

Piranə Xasiyeva