İsveç tədqiqat institutu bu iki növ məhsulu diqqətlə araşdırıb və müqayisə edib.
QHT.az xəbər verir ki, İsveç Tədqiqat İnstitutu (RISE) 41 növ qidanı araşdıraraq belə nəticəyə gəlib ki, balıq – xüsusilə çəhrayı qızılbalıq, sardina, siyənək, hamsi və midye – ətə nisbətən daha çox protein və omeqa-3 yağ turşuları ehtiva edir.
Araşdırmalar göstərir ki, dəniz məhsulları:
-
Daha az yağlıdır (maksimum 12%, ətlə müqayisədə isə bu 30%-dir);
-
Selen və yod kimi vacib maddələrlə zəngindir;
-
D vitamini (xüsusilə uşaqlar üçün) və omeqa-3 ilə doludur;
-
Ətraf mühitə az ziyan vurur – istixana qazı emissiyası aşağıdır.
İspaniyanın mütəxəssisləri həftədə ən azı üç porsiya balıq yeməyi tövsiyə edir. Lakin balıq qiymətinə görə ətdən geri qalır. Həll yolu – balığın tutulduğu yerdə dərin dondurulması ilə onun daha ucuz və əlçatan edilməsidir.
Pərvanə Fərhadqızı












