"Bu dövrdə ərzaq məhsullarının idxalında artımlar qeydə alınıb. Mal ətində idxal 93,3 faiz, siqaretlərdə 48,9 faiz unlu qənnadı məmulatlarında 12,7 faiz, şokolad və şokolad məhsullarında 12,6 faiz, təzə tərəvəzdə 4,9 faiz artıb".
QHT.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, son statistika göstərir ki, idxalın əvəzlənməsi prosesinin sürətlənməsi olduqca vacibdir: "Xüsusən, ərzaq məhsulları üzrə yerli istehsalın genişləndirilməsi hesabına idxaldan asıllığın aradan qaldırılmasına ehtiyac var".
Pərvanə Fərhadqızı












