“Qadın hüquqlarının qorunması müasir cəmiyyətdə müzakirə olunan ən aktual problemlərdən biridir. Bu problem reproduktiv sağlamlıq məsələləri ilə sıx bağlıdır”.
Bu sözləri “Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyinin sədri Ruhiyyə Məmmədova QHT.az-a açıqlamasında bildirib. QHT sədri qeyd edib ki, yeniyetmə və gənclər arasında aparılan maarifləndirmə işi məhz hər iki problemin həlli üzərində qurularsa, daha effektli ola bilər: “Bu sahədə həm KİV, xüsusilə də televiziya, həm sosial media, həm də vətəndaş cəmiyyətini təmsil edən qurumlar öz sözünü deməlidir. Reproduktiv sağlamlıq insan kapitalının ümumi sağlamlığının ayrılmaz tərkib hissəsidir. Ona laqeyd yanaşmaqla gələcəyimizi təhlükə ilə üzləşdirə bilərik. Sağlam gələcəyi yalnız sağlam düşüncə və sağlam həyat tərzi ilə qurmaq olar. Həm də sağlam nəsil yetişdirməklə”.
Pərvanə Fərhadqızı












