"Son 10 il ərzində orta hesabla əhalinin hər nəfərinə düşən sahə mənzil və ev sahəsi 17.6 m2-dən 20 m2-ə çatıb. Bu istiqamətdə ən yüksək artım Abşeron-Xızı, ən az Mil-Muğan iqtisadi rayonları üzrə qeydə alınıb. Dövlət hesabına mənzil alan və yaşayış şəraitini yaxşılaşdıran ailələrin sayı 2000-ci 1758 ailə olduğu halda, 2021-ci ildə 3258 ailəyə çatıb" - bu sözləri Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri Zahid Oruc bildirib. 

QHT.az xəbər verir ki, mənzil fondunun qazla təminatı son 20 ildə 82.0%-dən 95.8%-ə, su xətti ilə təminatı 60.7%-dən 85.1%-ə, kanalizasiya ilə təminatı 42.1%-dən 81.9%-ə çatdırılıb. 

 

Pərvanə Fərhadqızı