Fransada rəqəmsal platformalarda ictimai təhlükəsizliyi təşviq edən sosial media yazılarının 2 saat ərzində silinməsi, girişin bloklanması və 1 il həbs kimi cəzalar ola bilər.
QHT.az xəbər verir ki, Fransa rəqəmsal platformalarda edilən paylaşımları tənzimləyən və məzmunun silinməsinə icazə verəcək qanun layihəsini gündəmə gətirib. Müvafiq olaraq, uyğun olmayan məzmunun paylaşıldığı saytlara giriş üçün yaş məhdudiyyətinin qoyulması, ictimai rəqəmsal resurslarda məişət zorakılığı qurbanlarının paylaşılması, bulud hesablama sektorunda rəqabətlə bağlı tənzimləmələr kimi bir sıra dəyişiklikləri nəzərdə tutan qanun layihəsi gətiriləcək.
Qanun layihəsinə əsasən, səlahiyyətlilər uşaqlara qarşı zorakılıqla bağlı yazıların 24 saat ərzində silinməsini tələb edə biləcəklər. İnternet fırıldaqçılığının qarşısını almaq üçün riskli hesab edilən veb saytlarda istifadəçilər təhlükəsizlik riski ilə bağlı brauzerlərində xəbərdarlıq mesajı alacaqlar.
Etiraz aksiyaları ilə əlaqədar qanun layihəsinə “Rəqəmsal həyatın təmin edilməsi və tənzimlənməsi” adlı yeni maddə əlavə edilib. Bu əmrə əməl etməyənləri 1 il həbs və ya 250 min avro pul cəzası gözləyir. Qanunda saxta hesablar, saxta xəbərlər və pirat saytlarla mübarizə də nəzərdə tutulub.
Pərvanə Fərhadqızı












