Əmək münasibətlərində intizam və təhlükəsizliyin təmin edilməsinə həsr olunmuş tədbir keçirilir.
QHT.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Əmək Müfəttişliyi Xidmətinin təşkilatçılığı ilə baş tutub.
"Əmək və icra intizamının təmin edilməsi qaydaları" və "İş yerlərində əməyin mühafizəsi" mövzusunda keçirilən tədbirdə sahə üzrə mütəxəssislər, müəssisə nümayəndələri və dövlət qurumlarının təmsilçiləri iştirak edirlər.
Tədbirin moderatoru Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin rəisi Rüfət Əliyev və həmin idarənin rəis müavini Anar Şabanov olub. Panel çıxışçıları arasında "Bibiheybət" Gəmi Təmiri Zavodunun şöbə rəisi Məlikov Dair, Əməyin Mühafizəsi Mərkəzinin aparıcı mütəxəssisi Mədinə Mirili və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının hüquq şöbəsinin müdir müavini Ruslan Bağırov yer alıb.
Tədbirdə işçilərin təhlükəsiz əmək şəraiti ilə təmin olunması, intizam qaydalarının tətbiqi, əməyin hüquqi mühafizəsi və müəssisələrdə əməyin mühafizəsi sahəsində həyata keçirilən islahatlar müzakirə edilib.
Təqdimatlarda həmçinin Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin (ASCO) fəaliyyəti və 165 illik tarixi barədə də geniş məlumat verilib. Gəmiçiliyin inkişaf tarixi, texniki imkanları və bu sahədə görülən işlər tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Pərvanə Fərhadqızı






