Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın üzvləri DOST İş Mərkəzində olublar.
Bu barədə ƏƏSMN yanında İctimai Şuranın sədri Elşad Məmmədov QHT.az-a məlumat verib.
Bildirilib ki, görüşdə DOST İş Mərkəzinin direktoru Firudin Cəbrayılov və qurumun digər məsul şəxsləri iştirak ediblər.
"Konstruktiv müzakirələr və fikir mübadiləsi şəraitində keçən görüşdə bir sıra istiqamət üzrə reallaşdırılmış işlər, həyata keçirilməli tədbirlər barədə geniş fikir mübadiləsi apardıq"
Elşad Məmmədov görüşün təşkilinə və dəvətə görə DOST İş Mərkəzinin rəhbərliyinə təşəkkür edib.












